Türkiyənin tanınmış jurnalisti Güneri Cıvaoğlu vəfat edib.
AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, o, bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, G.Cıvaoğlu 1939-cu ildə Ankarada anadan olub. O, jurnalistika fəaliyyətinə 1960-cı illərdən başlayıb. “Sabah”, “Milliyyət” kimi qəzetlərdə işləyib. Aparıcısı olduğu “Şəffaf otaq” proqramı ilə məşhurlaşıb.