Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada “Cənub-Şərqi Avropa ölkələrilə əməkdaşlıq sammiti”ndə deyib.
O bildirib ki, Türkiyə Aİ-yə üzvlük prosedurunun başa çatmasını arzulayır: “Qarşılaşdığımız haqsızlıqlara baxmayaraq, yarım əsrdir ki, davam etdirdiyimiz mübarizənin artıq yekunlaşmasını istəyirik. Aİ-nin strateji korluğunun tezliklə bitməsini arzulayırıq”.