Türkiyənin yerli zenit-raket kompleksi “Sipər” son sınaqlarda yüksək sürətlə 100 kilometrdəki hədəfə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
“Sipər” uzaqmənzilli zenit-raket kompleksimiz addım-addım yüksəlir. Son sınaq atışında “Sipər” yüksək sürətli hədəflərə qarşı 100 kilometrə çata bildiyini göstərdi. “Sipər” bu uğurlu zərbə ilə daha bir mərhələni tamamladı”, – Dəmir bildirib.
Qeyd edək ki, “Sabah” qəzeti türk sistemlərinin S-400 və “Patriot” sistemlərinə alternativ olacağını yazır.