Türkiyənin silah ixracı rekord həddə qalxdı

Türkiyənin silah ixracı rekord həddə qalxdı

2022-ci ildə Türkiyənin müdafiə sənayesi müəssisələrinin silah ixracı rekord həddə çatıb və 4,4 milyard dollar təşkil edib.

AzerTimes xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada altı yeni nəsil “Fırtına” özüyeriyən artilleriya qurğusunun Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Ərdoğan Türkiyənin müdafiə sənayesinin imkanlarının səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib:

“20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız 2022-ci ildə rekord həddə – 4,4 milyard dollara çatıb”.

Onun sözlərinə görə, sənayedə tədqiqat və inkişaf (R&D) üçün ayrılan illik büdcə 2002-ci ildə hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi 49 milyon dollarla müqayisədə 2022-ci ildə 1,5 milyard dollara çatıb.

“Beləliklə, biz müdafiə sənayesində inqilab etdik”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyənin müdafiə sektoruna hazırda 2000-dən çox şirkət daxildir (2002-ci ildə 56 idi – red.). 2022-ci ildə başlanmış layihələrin dəyəri 5,5 milyard dollar təşkil edib və Türkiyə müdafiə sənayesinin ümumi sifariş paketi hazırda tender prosedurları da daxil olmaqla, 75 milyard dollardan çoxdur.

Teqlər: