Türkiyənin seysmik risk xəritəsi yeniləndi

Türkiyənin seysmik risk xəritəsi yeniləndi

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin seysmik risk xəritəsini yeniləyib.

AzerTimes xəbər verir ki, bu qərar episentri Türkiyənin Malatya vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra qəbul edilib.

Yenilənmiş xəritəyə əsasən, zəlzələ riski ən çox olan regionlara İzmir, Dənizli, Bursa, Kocaeli, Ərzincan, Hatay, Amasya, Bolu, Çanaqqala və Siirt daxildir.

İstanbulun çox hissəsi, Kahramanmaraş, Adıyaman, Van, Antalya, Qars, Malatya, Adana, Kütahya və Eskişehir “ikinci” risk zonasındadır. Eyni zamanda Türkiyənin bu ərazilərində güclü zəlzələlərin baş verməsi ehtimalı da istisna edilmir.

Ankara, Konya, Şanlıurfa, Kayseri, Mersin, Nevşehir vilayətləri və İstanbul vilayətinin bir hissəsi seysmik təhlükələrə daha az məruz qalır.

Xəritə Şərqi Anadolu və Şimali Anadolu qırılmalarının Türkiyənin hansı bölgələrindən keçdiyi barədə təsəvvür formalaşdırır.

Milli Seysmik Araşdırmalar Proqramının (DASK) dəstəyi ilə 2019-cu il yanvarın 1-dən Türkiyədə zəlzələ təhlükəsi xəritəsi istifadə olunur.

Teqlər: