Türkiyənin şərqində qızıl və gümüş yataqları aşkarlanıb

Türkiyənin şərqində yerləşən Ağrı vilayətində qızıl və gümüş yataqları aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə yeni şaxtanın açılışında ölkənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Varankın sözlərinə görə, “Koza Altin” qızıl hasilatı şirkəti Ağrı əyalətinin Mollakara kəndində əlvan metalların böyük yataqlarını aşkarlayıb. Yataqlarda 1,2 milyard ABŞ dolları qiymətində 20 ton qızıl və 2,8 milyon dollar qiymətində 3,5 ton gümüş ehtiyatları mövcuddur.


Qeyd edilir ki, son onillik ərzində Türkiyədə qızıl hasilatına qoyulan sərmayələrin həcmi 1/4 dəfə artıb. Ölkə ötən il 18 mədəndən 42 ton qiymətli metal istehsal edib. Bu il həmin rəqəm artıq 45 ton təşkil edib.

Teqlər: