Türkiyənin şərqindəki Tunceli vilayətində “Eren Abluka”
antiterror əməliyyatının yeddinci mərhələsi başlayıb.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Qeyd olunur ki, əməliyyatın əsas məqsədi – Türkiyənin bu
bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.
Xüsusi təyinatlılar Tunceli vilayətinin rayonlarından birində
axtarış əməliyyatı həyata keçirirlər. Fəaliyyət çərçivəsində 40
qrup tərkibində ümumilikdə 600-dən çox jandarma xüsusi təyinatlısı
cəlb edilib.
Əməliyyatın ilk günü Buzlutəpə bölgəsində həyata keçirilən
əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların 5 sığınacağı
aşkar edilib, oradan çoxlu sayda terror təşkilatına aid sənədlər
ələ keçirilib.