Türkiyənin şərqində 4,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Ərzincan şəhərindən 36 km qərbdə olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.