Türkiyənin Portuqaliyadakı səfiri Murad Qaragöz dənizdə çimərkən vəfat edib.
AzerTimes xəbər verir ki, səfir Muğlanın Fethiye mahalının Faralya körfəzində dənizdə çimərkən infarkt keçirib.
Dəniz səthində hərəkətsiz qalan səfiri görən dostları Təcili Tibbi Yardım qruplarına məlumat verərək səfiri sahilə çıxarıblar. Tibb qrupları tərəfindən ürək masajı edilən səfir Qaragöz təcili yardımla Fəthiyədə xüsusi xəstəxanaya aparılıb.
Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.
Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Murad Qaragözün vəfatı ilə əlaqədar Tvitter hesabında səfirin ailəsinə və yaxınlarına başsağlığı verib.