Türkiyənin NATO müttəfiqləri arasında müstəsna mövqeyinin və
bölgədəki kritik rolunun daha yaxşı başa düşüldüyü açıq-aydın
görünür.
Trend-in
məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında
deyib.
O qeyd edib ki, Türkiyə regional təhlükəsizliyin təmin
edilməsində əvəzsiz müttəfiqdir.
“Bir çox liderlər bunu həm ikitərəfli görüşlərdə, həm də zirvə
görüşündə ifadə ediblər. 70 illik üzvlüyü dövründə NATO-ya böyük
töhfələr verən Türkiyə müttəfiqlərdən fərqli olaraq quruda,
dənizdə, havada və siyasi fəaliyyətində bunu hər cəhətdən nümayiş
etdirib. Biz əlimizdən gələnin ən yaxşısını etməyə davam edəcəyik”,
– deyə R.T. Ərdoğan əlavə edib