Türkiyənin qaz tədarükü artmaqda davam edir – Nazir müavini

Türkiyə alternativ enerji ehtiyatlarını inkişaf
etdirməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin
energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan
Bayraktar Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

“Türkiyə 2053-cü ilədək karbondan neytral ölkəyə çevrilmək
niyyətindədir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə artıq öz alternativ enerji, xüsusən
günəş və külək enerjisi potensialından fəal istifadə edir. Karbon
neytrallığı hədəflərinə çatmaq üçün “yaşıl” enerji istehsalını
70-80 giqavatta çatdırmaq lazımdır.

Nazir müavini əlavə edib ki, Türkiyənin qaz tədarükünə tələbatı
son dövrlərdə 50 milyard kubmetrdən 60 milyardadək artıb və
artmaqda davam edir.

“Təbii qaz ehtiyat resurs baxımından mühüm rol oynayır. Bunun
üçün infrastruktura investisiya qoymaq lazımdır. 5-6 il ərzində biz
qaz anbarları həcmlərini genişləndirmişik. Qısa müddət ərzində
TANAP layihəsi ərsəyə gətirilib”, – A.Bayraktar deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: