Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Türkiyə regionda normal qarşılıqlı iqtisadi fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər: “Bu həmişə diqqət yetirdiyimiz vacib faktordur”.
Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici olacaq: “Türkiyə bütün regionda logistik, nəqliyyat, infrastruktur sahələrində qarşılıqlı fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər”.