Türkiyənin Parisdəki Baş Konsulluğuna hücum edilib

Türkiyənin Parisdəki Baş Konsulluğuna şəxsiyyəti müəyyən
edilməyən şəxslər tərəfindən fişəng tipli partlayıcılarla hücum
edilib.

AzerTimes-ın
məlumatına görə, mayın 12-i gecə yerli vaxtla saat 02:30
radələrində baş verib.

Hücum nəticəsində baş konsulluğun binasının pəncərəsi sınıb və
divarları zədələnib. Fransa rəsmiləri hücumla bağlı araşdırmalara
başlayıb. Fransa rəsmiləri hücumla bağlı araşdırmalara
başlayıb.

Mənbələrin verdiyi məlumata görə, hücuma görə məsuliyyəti PKK-ya
bağlı birləşmələrin üzərinə götürdüyü öyrənilib.

Teqlər: