Türkiyənin nəqliyyat və infrastruktur naziri Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edib

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi sayəsində Çin və Avropa arasında dəmir yolu yük daşımalarında Orta Dəhlizdən səmərəli istifadə etmək mümkün olub.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu çərşənbə günü Ankaranın dəmir yolu vağzalında İslamabad – Tehran – İstanbul xəttiylə ilk yük qatarının qarşılanma mərasimində deyib.

Onun sözlərinə görə, indi Çindən Türkiyəyə 12 min kilometr uzunluğunda yolu 12 günə qət etmək olur.

Nazir əlavə edib ki, bu dəmir yolu xətti Türkiyənin 250 milyard dollarlıq ixracat hədəfinə çatmaqda öz töhfəsini verir.

Teqlər: