Türkiyənin narahatlığı aradan qaldırılsın… – NATO

Türkiyənin narahatlığı aradan qaldırılsın… – NATO

Finlandiya və İsveç NATO-ya daxil olmazdan əvvəl Türkiyənin PKK ilə bağlı narahatlıqlarını aradan qaldırmalıdırlar.

AzerTimes xəbər verir ki, bunu NATO -nun baş katibi Yens Stoltenberq deyib.

“Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarı tarixidir və onların daxil olması bizim Şimali Atlantika Alyansımızı gücləndirəcək. İndi biz bütün müttəfiqlərin təhlükəsizlik problemlərini, o cümlədən Türkiyənin PKK terror təşkilatı ilə bağlı ciddi narahatlığını aradan qaldırmalı və vahid irəliyə doğru yol tapmalıyıq. Mən və həmkarlarım Türkiyənin narahatlığını aradan qaldırmaq, həmçinin iki ölkənin üzvlük prosesini davam etdirmək üçün Türkiyə, Finlandiya və İsveç nümayəndələri ilə sıx dialoq aparmağa davam edirik”, – baş katib bildirib.

Teqlər: