2021-ci ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz artaraq 647,319 milyon dollara bərabər olub.
Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Mart ayında Türkiyə 248 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin martı ilə müqayisədə 47,6 faiz çoxdur.
Son 12 ay ərzində (mart 2020 – mart 2021) Türkiyə 2,444 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.
(Tərcümə: Orxan Nəbiyev)