Türkiyənin müdafiə sənayesi büdcəsi 75 milyard dollara qaldırılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk PUA daşıyan gəmisi “TCG-Anadolu”nun dənizə buraxılması mərasimində deyib.
Qeyd edək ki, Türkiyənin ilk PUA daşıyan gəmisi “TCG Anadolu”nun inşasına 2015-ci ildə başlanılıb. Gəminin göyərtəsində 10 helikopter və ya 11 PUA, anqarında isə 19 PUA, yaxud 30 helikopter daşına biləcək.