Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisinin olduğu təyyarə təcili eniş edib

Türkiyə Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər ​​və General Ümit Dündarın olduğu təyyarə təcili eniş edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Associated Press xəbər verib.

Məlumata əsasən, təyyarə quşla toqquşmasından sonra Adana şəhəri yaxınlığında yerləşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bazasına enib.


Eniş ştat rejimdə keçirilib, göyərtədəkilərdən heç biri yaralanmayıb.