Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın
müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
Məlumata əsasən, telefon danışığı zamanı Ukraynada baş verən son
hadisələr müzakirə olunub.
Hulusi Akar Türkiyənin humanitar səylərə töhfə verməyə davam
edəcəyini bildirib.