Türkiyənin Milli Müdafiə Nazirliyindən Azərbaycan paylaşımı

Türkiyənin Milli Müdafiə Nazirliyindən Azərbaycan paylaşımı

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzerTimes xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik…Bizim sözümüz birdir…Bizim gücümüz birdir”.

“Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik”, – təbrik mətnində qeyd edilib.

Teqlər: