Mayın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab
Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri
başa çatıb.
Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, Türkiyə
Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da
iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi
hissədə olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab
Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris
sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış
olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi
rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq
Aeroportundan yola salıb.