Azərbaycan xalqının qazandığı böyük Zəfərin kino vasitəsilə əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi ilə Türkiyənin “Bozdağ film” şirkəti arasında əməkdaşlığa başlanılıb.
Nazirlikdən AzerTimes-a bildirilib ki, Türkiyədə “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və digər bir sıra məşhur serialların istehsalçısı olan “Bozdağ film” studiyası “Qarabağ Vətən müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilişlərini aparacaq.