İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil olunub.
AzerTimes xəbər verir ki, iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.
Türk pop ifaçısı Çelik dillər əzbəri olan mahnıları ilə tamaşaçılara xoş anlar bəxş edib. Konsert proqramı gurultulu alqışlarla qarşılanıb.