Türkiyənin maliyyə naziri 2021-ci ildə ölkəyə birbaşa investisiyaların həcmini açıqlayıb

Türkiyə hökuməti qısamüddətli mənfəət güdmək əvəzinə ölkə iqtisadiyyatına birbaşa investisiyaların stimullaşdırılmasına yönəlmiş iqtisadi inkişaf modelini həyata keçirir.

Trend xəbər verir ki, bunu Türkiyə maliyyə naziri Nurəddin Nebati yerli telekanalın efirində bildirib.

“Türkiyə iqtisadi modeli birbaşa investisiya cəlb etməyi qarşısına məqsəd qoyan xüsusi modeldir”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, 2021-ci ilin ilk 11 ayında Türkiyə iqtisadiyyatına 12,7 milyard dollar birbaşa investisiya yatırılıb.

Nazirin sözlərinə görə, bu modelin əsasını yüksək səviyyəli ixrac, cari hesabın kəsirinin azalması və bütün ölkə əhalisinin rifahının yüksəlməsi təşkil edir.

Nurəddin Nebati əmin edib ki, yaxın aylarda Türkiyə iqtisadi modelinin tətbiqindən müsbət nəticələr əldə olunacaq.

Teqlər: