Türkiyənin koronavirus vaksininin istifadəsi üçün icazə verilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksinin tətbiqinə icazə verilib, bu gündən etibarən vaksinin kütləvi istehsalı başlayıb.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

O, Şanlıurfa şəhərində baş tutmuş kütləvi istehsal prosesinə başlanması mərasiminə onlayn formatda qatılıb.


“Lazımi icazələri almaqla istehsal və istifadə mərhələsinə çatan TURKOVAC vaksini xalqımızı virusa qarşı qorumaq cəhdlərimizin rəmzidir. Bundan sonra vətəndaşlarımıza “Sinovac” və “BioNTech”lə yanaşı, TURKOVAC da təqdim olunacaq”, – deyə o bildirib.