Türkiyənin kimyəvi maddə ixracı dörd ay ərzində artıb

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə
ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artaraq 10,8
milyard dollara bərabər olub.

Trend xəbər verir ki. bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 3,3 milyard dollar məbləğində
kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə
müqayisədə 53 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022)
Türkiyə 28,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac
edib.

Teqlər: