Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… – Minasyan

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… – Minasyan

Son vaxtlar Türkiyədən Ermənistana qarşı bəyanatlar artmaqdadır. Belə bəyanatlarda vurğulanır ki, əgər Ermənistan Türkiyənin şərtləri ilə Azərbaycanın və Naxçıvanın arasında Zəngəzur dəhlizini açmasa, türklər İrana gedən yolla bu əlaqəni təmin etməyə üstünlük verəcəklər.

AzerTimes xəbər verir ki, bu fikirləri erməni politoloq Qagik Minasyan deyib.

Onun sözlərinə görə, Avropa ölkələri də Azərbaycan marşrutunu üstün tuturlar:

“Bu kontekstdə qeyd etmək lazımdır ki, Çindən Avropaya quru əlaqələrinin həyata keçirilməsi üzrə Şərq-Qərb layihəsi üç variantdan ibarətdir: Xəzər dənizinin şimalından, İrandan və Xəzər dənizini keçməklə, Azərbaycandan (Orta dəhliz). Orta dəhlizlə əlaqənin qurulmasının mənfi cəhəti odur ki, yükləri dəmir yolundan Xəzər dənizinin gəmilərinə daşımaq və sonra gəmilərdən dəmir yoluna köçürmək lazım gəlir. Buna baxmayaraq, Avropa ölkələri Şərq-Qərb proqramının Rusiyadan və ya İrandan həyata keçirilməsini istəmir, onlar Azərbaycan marşrutunu üstün tuturlar”.

Teqlər: