AzerTimes xəbər verir ki, bu sözləri türkiyəli politoloq Mustafa Aydın martın 20-də “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda müzakirə zamanı deyib.
O ildirib ki, Türkiyənini gündəmində birinci yerdə ABŞ ilə münasibətlər, ikinci yerdə İraq və Suriyada gözlənilən əməliyyat, üçüncü yerdə Yunanıstanla münasibətlər, dördüncü yerdə Ukrayna və Qara dənizdir:
“Türkiyədə heç kim rəsmi və ya açıq şəkildə Ermənistanı müzakirə etmir. Bu, 10-15 il əvvəlkindən fərqlidir. Türkiyədə belə diskussiya yoxdur. Çoxları bu məsələyə yalnız Ermənistan-Azərbaycan-Türkiyə üçbucağında baxır. Çoxları Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hansı formada imzalanacağına və onun olub-olmayacağına əsaslanır.
Azərbaycanla strateji əlaqə Türkiyə üçün vacibdir və bu, Ankaranın Türkiyəni enerji mərkəzinə çevirmək üçün təməl daşı məsələlərindən biridir. Coğrafi baxımdan da Azərbaycan Türkiyə üçün Ermənistandan daha vacibdir”.
Mustafa Aydın təkcə Naxçıvandan Azərbaycana gedən yolun deyil, regionda bütün kommunikasiyaların açılmasının vacibliyini qeyd edib.