Türkiyənin illər əvvəl etməli olduğunu Əliyev etdi – Zentürk

Türkiyənin illər əvvəl etməli olduğunu Əliyev etdi – Zentürk

Azərbaycan hökumətinin bütün səylərinə və yaxşı niyyətinə baxmayaraq, Qərbin bundan istifadə etməsi və hələ də Ermənistanı qoruması Azərbaycanın Qərb masasını tərk etməsinə səbəb oldu. Əslində Türkiyənin illər əvvəl Kıbrısda etməli olduğunu İlham Əliyev hazırda Azərbaycanda edir. Onsuz da Sergey Lavrovun da dediyi kimi, Qərb hər zaman problemin həll edilməməsi üçün vasitəçilik edər, əsas məqsədləri də vasitəçilik etdikləri kritik coğrafiyada güc sahibi olmaqdır.

AzerTimes xəbər verir ki, bu sözləri “Star” qəzetinin yazarı, ekspert Ardan Zentürk deyib.

O, Azərbaycan və Ermənistan hökumətlərinin digər tərəflər olmadan öz problemlərini həll etməsinin vacibliyini vurğulayıb:

“Azərbaycanın burda tək istəyi Ermənistanla təkbətək, üçüncü tərəflərin iştirakı olmadan normal danışıq çərçivəsində müzakirə masasına oturmaqdır. Burda əsas problem odur ki, Azərbaycan-Türkiyə müttəfiqliyi və ölkənin öz gücünü inkişaf etdirməsi Bakı və İrəvan arasında güc bərabərsizliyi yaradıb və ermənilər də bunun fərqindədir. Bu vəziyyətdə zəif olan tərəf, yəni Ermənistan daima güclü bir müttəfiq axtarışında olur. Mirzoyanın “vasitəçiləri sıradan çıxartmaq məcburiyyətində deyilik” ifadəsi də Avropa Birliyindən qopmamaq cəhdinin göstəricisidir. Hətta erməni ekspertlər belə Ermənistanın müzakirələrdə yalnız iştirakının ağıllı seçim olmadığı qənaətindədir, çünki 3-cü tərəflər ölkələr arasında güc bərabərliyi yaradır. Ermənistan Azərbaycanla baş-başa qalarsa, söylənəcək sözü qalmamasından qorxur. Anladığım qədərilə, Bakı və İrəvan arasında güclü diplomatik trafik var. İrəvan qorxaqlığı bir az kənara qoysa, bəlkə də heç kəsə ehtiyac olmadan 2 ölkə mövcud məsələləri öz arasında həll etmək iqtidarındadır”.

Teqlər: