Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşıda duran əsas vəzifələrindəndir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu hərbi pilot və ilk türk astronavt Alpər Gezeravcı “Baku ID” (Baku İnvestment Day) festivalı çərçivəsində keçirilən “Biznes strategiyalarını cəmiyyətin tələbləri, aktual problemlər və dünyada həyatı yaxşılaşdırmaq üçün uyğunlaşdırmaq” adlı paneldə deyib.
“Həyatının son 23 ilinin kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçdiyini diqqətə çatdıran hərbi pilot ötən keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresindən də söz açıb:
“Azərbaycan paytaxtının bu sahə ilə bağlı tədbirlər keçirməsi kosmik sektorun inkişafına təkan verir. Biz astronavtların da missiyalarından biri gənclərə kosmik sahə barədə məlumat vermək, maraq yaratmaq və sevdirməkdir”, – A. Gezeravcı bildirib.