Türkiyənin idman naziri Osman Aşkın Bak MINEPS konfransının təşkilinə görə Azərbaycana təşəkkür edib.
AzerTimes xəbər verir ki, bunu nazir Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində nazirlərin iclasında çıxışı zamanı deyib.
O, idmanın insanların koronavirus pandemiyasından sağalmağa kömək etdiyini vurğulayıb.
Nazir, həmçinin ölkələri idman sahəsində problemlərin həllində innovativ yanaşmalardan istifadəyə daha çox diqqət yetirməyə çağırıb.