Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi “Hürjet”
xüsusiyyətlər baxımından ABŞ-ın beşinci nəsil F-35 qırıcısından
üstün olacaq.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu
Türkiyənin müdafiə sənayesi nazirinin müavini Sərdar Dəmir
deyib.
“İlk təyyarəmiz – yüngül hücum təyyarəsi “Hürjet” gələn il ilk
uçuşunu edəcək. Bizim qırıcımız F-35-dən daha təkmil xüsusiyyətlərə
malikdir. Gələn il martın 18-də təyyarəni anqardan çıxaracağımıza
ümid edirik”, – deyə nazir müavini bildirib.