Türkiyənin hərbi təyyarələri Kiyevdən geri qaytarılır

Türkiyənin hərbi təyyarələri Kiyevdən geri qaytarılır

Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

“Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm”, – Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyev Borispol hava limanındadır.

Teqlər: