Türkiyə Hərbi Dəniz Donanmasının “Yıldırım F-243 freqatı Gürcüstanın ərazi sularına daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hərbi gəmi Batumi limanına gəlib, gəmi heyətini Gürcüstanın rəsmi şəxsləri qarşılayıblar.
Səfərin məqsədinin NATO proqramı çərçivəsində Gürcüstanın “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünüqiymətləndirməsini keçirmək olduğu bildirilib.