Türkiyənin hava məkanını bağladığı erməni şirkətindən açıqlama

Türkiyənin hava məkanını bağladığı erməni şirkətindən açıqlama

“FlyOne Ermənistan” aviaşirkətinin rəhbərliyi sərnişinləri ilə əlaqə saxlayır və Türkiyə üzərindən uçuşla bağlı insidentlə əlaqədar onların səyahət planlarının dəyişməməsi üçün hər şeyi edir.

AzerTimes xəbər verir ki, bunu “FlyOne Ermənistan” aviaşirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan deyib.

“Sərnişinlərin qayıtmasını təmin etmişik. Aviaşirkət qarşıdakı hadisələr barədə məlumat verəcək”, – Ananyan bildirib.

Qeyd edək ki, Türkiyənin hava məkanını Ermənistandan Avropaya uçuşlar üçün bağlaması səbəbindən İrəvandan Fransaya uçan “FlyOne Ermənistan” şirkətinin təyyarəsi məcburi Kişinyova enməli olub.

Teqlər: