Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: “İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq”.

Teqlər: