Məşhur “Ceoworld Magazine” nəşri Türkiyənin ən zəngin şəxslərinin siyahısını dərc edib.
AzerTimes xəbər verir ki, siyahıya “Erdemoğlu” Holdinqin rəhbəri, iş adamı İbrahim Erdemoğlu 5,6 milyard dollarlıq sərvəti ilə başçılıq edir.
Sonrakı yerləri isə müvafiq olaraq Murad Ülkər, Əli Erdemoğlu və Semahat Sevim Arsel bölüşür.
Siyahıda azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun adının olmaması diqqət çəkib.
Türkiyənin ən zəngin insanlarının siyahısını təqdim edirik:
İbrahim Erdemoğlu: 5,6 milyard dollar
Murat Ülkər: 5,0 milyard dollar
Əli Erdemoğlu: 4,9 milyard dollar
Semahat Sevim Arsel: 2,9 milyard dollar
İpək Kıraç: 2,9 milyard dollar
Ferit Faik Şahenk: 2,7 milyard dollar
Mustafa Rəhmi Koç: 2,7 milyard dollar
Filiz Sahenk: 2,5 milyard dollar
Erman Ilıcak: 2,3 milyard dollar
Nihat Özdemir: 2,2 milyard dollar
Sezai Bacaksız: 2,2 milyard dollar
Hamidi Ulukaya: 2,1 milyard dollar
Faruk Eczacıbaşı: 2,1 milyard dollar
Bülənt Eczacıbaşı: 1,9 milyard dollar
Mehmet Sinan Tara: 1,8 milyard dollar
Mustafa Küçük: 1,7 milyard dollar
Ahmet Çalık: 1,5 milyard dollar
Deniz Şahenk: 1,4 milyard dollar
Həmdi Akın və ailəsi: 1,4 milyard dollar
Aydın Doğan: 1,3 milyard dollar
Mehmet Aydınlar: 1,2 milyard dollar