Türkiyənin Çanaqqala vilayətinin Yenicə rayonunun Qalxım qəsəbəsində 22 yaşlı Zeynəb Çelik ötən gün keçirilən bələdiyyə seçkiləri nəticəsində qalib gəlib.
AzerTimes xəbər verir ki, qeyri-rəsmi nəticələrə əsasən, Zeynəb Çelik Qalxımın bələdiyyə sədri olub.
Bununla Çelik Türkiyənin ən gənc qadın bələdiyyə sədri adını qazanıb.