Türkiyə istehsalı olan elektrik avtomobilləri Las-Veqasda keçiriləcək Consumer Electronic Show (CES) sərgisində nümayiş etdiriləcək.
Trend xəbər verir ki, bu barədə məlumatı “Türkiyə avtomobili” qrupu (TOGG) sosial şəbəkədə yayıb.
“Las-Veqasda 5-8 yanvar 2022-ci il tarixlərində 55-c iBeynəlxalq Sərgi keçiriləcək. CES texnologiya dünyası üçün vacib platformadır”, – deyə məlumatda bildirilir.
Paylaşımlara həmçinin #YeniLigeYolculuk və #TOGG xeşteqləri əlavə olunub.