Türkiyənin dünya bazarlarına avtomobil ixracı artıb

2021-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 7,69 milyard dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Mart ayında Türkiyənin avtomobil ixracı 2,892 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz artıb.


Son 12 ayda (mart 2020 – mart 2021) Türkiyə 26,259 milyard dollar məbləğində avtomobil ixrac edib.

(Tərcümə: Orxan Nəbiyev)