Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizədə göstərdiyi yardımlara görə Azərbaycana təşəkkür edib.

AzerTimes-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycandan 110 nəfərdən ibarət şəxsi heyət və 54 texnika yanğınla mübarizəyə cəlb olunub.

S.Soylu əlavə edib ki, yanğınlarla əlaqədar 36 mindən çox sakin təxliyə olunub:

“Bu günə qədər ölkə xaricindən yanğınla mübarizə üçün 2 975 nəfər və 473 texnika cəlb edilib. Bütün bunlarla yanaşı, Azərbaycandan nazir müavininin rəhbərliyi ilə 110 nəfər və 54 texnika Türkiyəyə gətirilib. Azərbaycandan gələn komandaya və qardaşlıq göstərən hər kəsə təşəkkür edirik”.

Teqlər: