Türkiyənin bütün vilayətlərində COVID-19 infeksiyasına yoluxma riski azaldı

COVID-19 infeksiyasına yoluxmasına görə “qırmızı zona”da olan Türkiyənin Şanlıurfa vilayəti vaksinasiya tempinin yaxşılaşması səbəbindən bu “zona”nı tərk edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Fəxrəddin Qoca bildirib.

Məlumata əsasən, bundan əvvəl vilayətdə peyvənd olunma faizi uzun müddət 55 faizdən aşağı olub.

Vaksinasiya səviyyəsinin aşağı olması səbəbindən yerli hakimiyyət bu səviyyəni artırmaq üçün bütün səyləri səfərbər etmək məcburiyyətində qalıblar.


Yerli səhiyyə orqanları bütün vilayət üzrə vaksinasiya məntəqələri açıb və evdə peyvənd etdirmək üçün ucqar bölgələrə və kəndlərə mobil qruplar göndərilib.

Səyyar tibbi briqadalar əhalini Türk, Kürt və Ərəb dillərində (vilayətdə ən çox istifadə edilən üç dildə) peyvənd edilməsinə çağıran səsgücləndirici vasitələrlə vilayət üzrə gəzirlər.

Şanlıurfa peyvənd olunma səviyyəsi aşağı olan yeganə vilayət idi. Beləliklə, indi Türkiyənin bütün vilayətlərində koronavirusa yoluxma riski azaldı.