Türkiyənin 20 vilayətində 40 dərəcədən yuxarı temperatur və rekord rütubət qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
“Ölkənin 20 vilayətində havanın temperaturu 40 dərəcəni keçib. Xüsusilə cənub-şərqdə Mardin və Şırnakda havanın temperaturu müvafiq olaraq 45 və 44, Şanlıurfa və Siirtdə isə 43 dərəcənin üzərindədir. Ölkənin qərbində Tekirdağ və Kırklareli vilayətlərində 40, İzmirdə isə 42,5 dərəcə isti var. İstanbulda temperatur 33-35 dərəcə olaraq qalır, lakin yüksək rütubətə görə 36-38 dərəcə isti hiss olunur”, – məlumatda deyilib.