Türkiyənin Şanlıurfa şəhərində proqnoz edilən güclü leysan səbəbindən təhsil ocaqlarında tədrisə bir günlük fasilə verilib.
AzerTimes xəbər verir ki, bu barədə Şanlıurfa valiliyi məlumat yayıb.
“Mövcud vəziyyəti dəyərləndirərək Haliliye, Karaköprü və Eyyübiye ilçələrində bütün təhsil müəssisələrində 20 mart tarixində tədris dayandırılır. Digər 10 ilçəmizdə sabahdan etibarən tədrisə başlanılır”, – deyə bildirilib.
Qeyd edək ki, Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel 17 nəfər həyatını itirib, itkin düşənlər var.