Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq – Şara

Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq – Şara

Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.

AzerTimes xəbər verir ki, bu barədə Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əş-Şara Ankarada Türkiyə Prezidenti Rəcəb Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq.

“Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk”, – deyə o bildirib.

Teqlər: