Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minaların təmizlənməsinə dair müqavilə imzalayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
Nazir müqavilənin yanvarın 11-də üç ölkənin müdafiə nazirləri tərəfindən İstanbulda imzalanacağını bəyan edib.
Qeyd edək ki, daha öncə sözügedən ölkələrin Qara dənizdə minaların təmizlənməsinə dair saziş imzalamağa yaxın olduğu barədə məlumat yayılıb.