Türkiyənin Burdur vilayətinin Bucak rayonunda meşə yanğını başlayıb.
AzerTimes xəbər verir ki, yanğının səbəbi hələlik bəlli deyil. Əraziyə İsparta Meşə İdarəsinin əməkdaşları cəlb edilib.
Həmçinin, yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə göndərilib.