Türkiyənin BRİKS-ə marağı: NATO-dan reaksiya…

Türkiyənin BRİKS-ə marağı: NATO-dan reaksiya…

Türkiyənin BRİKS ölkələri ilə əməkdaşlıq etmək hüququ var, bu, ölkənin NATO-ya üzvlüyünə zidd deyil.

AzerTimes xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Estoniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

“Biz NATO-da 32 demokratik ölkəyik, bu və ya digər mövzuda müzakirələr olacaq. Bilirik ki, Türkiyə tərəfdaşlarla və ya BRİKS tərəfdaşları ilə işləyir, onların bunu etmək hüququ var”, – deyə o bildirib.

Teqlər: