Türkiyədə qarlı hava şəraiti davam edir.
AzerTimes-ın
məlumatına görə, bu gün İstanbulda güclü qarın yağacağı
gözlənilir.
Türkiyə Baş Meteorologiya İdarəsindən bildirilib ki, Marmaris
vilayətinin şərqi, İstanbul, Qara dənizin sahilyanı vilayətləri,
Şərqi Anadolu regionun şərqi və Cənub-Şərqi Anadolunun Gümüşhane,
Bayburt və Artvin ətraflarında intensiv və güclü qar yağacağı
gözlənilir.
Qara dənizin bəzi hissələrində və Şərqi Anadoluda qar örtüyünün
yüksək ehtimal olduğu ərazilərdə qar uçqunu riski var.