Son günlər Türkiyə ərazisində artan meşə yanğınları səbəbindən ölkənin bəzi bölgələrində meşəlik ərazilərə giriş qadağan olunub.
AzerTimes xəbər verir ki, iyulun 20-də ölkə ərazisində daha iki yanğın faktı qeydə alınıb.
Türkiyənin İzmir vilayətinin Buca rayonunda magistral yolun kənarında yerləşən meşəlik ərazidə yanğın baş verib. Bölgəyə dörd xüsusi təyyarə, dörd helikopter və çox sayda yanğınsöndürən texnika cəlb olunub. Alovların qarşısının alınması istiqamətində işlər davam edir.
Daha bir yanğın hadisəsi isə Adana vilayətində qeydə alınıb. Şəhərin mərkəzi hissəsinə yaxın ərazidə baş verən yanğına dörd hava vasitəsi və çox sayda yanğınsöndürən texnika ilə qısa zaman ərzində müdaxilə edilib. Alovların qarşısını almaq mümkün olub. Hazırda soyutma işləri davam edir.